Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə M.Əhmədovun vəkili çıxış edərək məhkəmədən vaxt istəyib.

O deyib ki, zərər ödənilir və bunun üçün müəyyən müddət lazımdır. Məhkəmə vəsatəti təmin edib. Növbəti məhkəmə prosesi noyabrın 24-ə təyin edilib.

M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq dəyərə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı barədə qərar qəbul edib.

 






Fikirlər