FİFA-nın vitse-prezidenti həbs OLUNDU

42ae9-Ankhel-Mariya-Vilyar

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) vitse-prezidenti Anhel Mariya Vilyar həbs edilib.

 AzerTaym.az xəbər verir ki, APA-nın “unian.net” saytına istinadən verdiyi məlumata görə, onunla birgə oğlu Qorka da saxlanılıb.

A. Vilyar İspaniya Ali Məhkəməsinin qərarı əsasında korrupsiya ilə mübarizə əməliyyatı çərçivəsində həbs olunub.

Həbs edilənlər arasında İspaniya Futbol Federasiyasının vitse-prezidenti, Tenerife federasiyasının başçısı Xuan Pardon və vilayət federasiyasının katibi Ramon Ernandes Bassunun adı var.






Fikirlər