Güləş millimizin baş məşqçisi qovuldu – FOTO
Qadın güləşçilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Semyon Çterevlə əməkdaşlığa son verilib. Azərbaycan Güləş Federasiyasından (AGF) Yenicag.az-a verilən məlumata görə, müqavilə müddəti başa çatan bolqarıstanlı mütəxəssis yola salınıb. Bu səbəbdən gələn həftə Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına yığma üzvləri baş məşqçisiz yollanacaqlar. Komandaya böyük məşqçi Aslan Ağayevlə məşqçi Rövşən Umudov rəhbərlik edəcək. Qeyd edək ki, Semyon Çterev 2016-cı ilin noyabrından qadın güləşi üzrə yığmaya rəhbərlik edirdi.