“Barselona”lı ULDUZ Terimdən üzr istəyəcək və...
Türk idman yazarı Şansal Büyüka Arda Turanın milli komandaya qayıdacağını deyib. Axar.az xəbər verir ki, o, 2018-ci il Dünya Çempionatının seçmə mərhələsində keçiriləcək oyunlar üçün Türkiyə yığmasının heyətinə çağırılmayan Ardanın baş məşqçi Fatih Terimdən üzr istəyəcəyini, Terimin də onu bağışlayacağını deyib. “Arda gedib məşqçisindən üzr istəyəcək. Ata da övladını bağrına basacaq. Belə olacağına əminəm”, - deyə Şansal Büyüka əlavə edib. Qeyd edək ki, Avro-2016-dan sonra Arda Turanla baş məşqçi Fatih Terim arasında münasibətlər pozulmuşdu.