PSJ KONTE ilə MARAQLANIR
PSJ "Çelsi"nin baş məşqçisi Antonio Konte ilə maraqlanır. Qol.az-ın "Le Parisien"ə istinadən yaydığı xəbərə görə, komandanın hazırkı çalışdırıcısı Unai Emeri Paris təmsilçisini Çempionlar Liqasının yarımfinal mərhələsinə çıxarmayacağı təqdirdə, klub rəhbərliyi Konte ilə danışıqlara başlayacaq. İtaliyalı mütəxəssisin PSJ-yə keçidi 2018-ci ilin yayında reallaşa bilər. Qeyd edək ki, A.Konte 2016-cı ildən "Çelsi"ni çalışdırır. Britaniya mətbuatı son zamanlar Konte ilə klub rəhbərliyi arasında fikir ayrılıqları yarandığını iddia edib.