Neymar “EL KLASİKO”ya baxmaq İSTƏMİR
PSJ-nin braziliyalı ulduzu Neymar maraqlı açıqlama ilə diqqət çəkib.
“AzerTaym” xəbər verir ki, o, bu gün baş tutacaq “Real” – “Barselona” matçını izləmək istəmədiyini bildirib.
“Sambaçı” bütün fikirlərinin PSJ-də olduğunu deyib: “Bütün diqqətlərim PSJ-dədir. “El Klasiko”nu izləmək istəmirəm”.
Qeyd edək ki, “Real” – “Barselona” matçı saat 16:00-da başlayacaq.