AFFA İcraiyyə KOMİTƏSİ TOPLANDI
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilir. Publika.az-ın xəbərinə görə, Assosiasiyanın inzibati binasında keçirilən tədbir saat 10:00-da start götürüb. İclasda əvvəlcə Topaz Premyer Liqa klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 1 may tarixli iclasında klubların irəli sürdüyü təkliflər müzakirə ediəcək. Sonra Topaz Premyer Liqa gənc futbolçularla bağlı limitə yenidən baxılacaq. Bundan başqa, lisenziyalaşdırma prosesi və digər məsələlər də gündəlikdədir.