EMERİ onları “Arsenal”da GÖRMƏK İSTƏYİR
“Arsenal”ın yeni baş məşqçisi Unai Emeri heyəti gücləndirmək yolunda çalışmalara başlayıb. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis rəhbərliyə sərəncamında görmək istədiyi ilk 2 futbolçunun adını verib.
Söhbət “Roma”nın yarımmüdafiəçisi Lorenso Pelleqrini və “Sampdoriya”nın orta sahə oyunçusu Denis Pratdan gedir.
Emeri “Sevilya”da hazırda “Roma”nın idman direktoru olan Monçi ilə birgə çalışıb. Bu səbəbdən də o, düşünür ki məhz bu dostluq sayəsində Pelleqrinin keçidini reallaşdırmaq mümkün olacaq.