Arda Turana növbəti ŞOK: 2,5 milyonluq cəzadan SONRA FETÖ...

Arda Turana növbəti ŞOK: 2,5 milyonluq cəzadan sonra FETÖ...

İstanbul Respublika Baş prokurorluğu Əmrə Belözoğlu, Arda Turan, Okan Buruk və “Bursaspor” klubunun keçmiş baş məşqçisi Bülənt Qorxmazın FETÖ (Fəthullahçı Terror Təşkilatı – red.) ilə bağlantılarını araşdırır.

Bu haqda “Vətən” qəzetinin əməkdaşı Elif Altın yazıb.

Onun sözlərinə görə, məşhur futbolçular barəsində “FETÖ terror təşkilatına üzv olmaq”, “Terror təşkilatına bilərək və istəyərək kömək etmək” maddələri üzrə istintaq aparılır.

Qeyd edək ki, oktyabrın 16-da Arda Turana üzvü olduğu İstanbulun “Başakşehir” klubu 2,5 milyon lirə pul cəzası verib.

Xatırladaq ki, Arda Turanla müğənni Berkay Şahin arasında baş verən dava səbəbindən futbolçu haqında "cinsi istismar", "qanunsuz silah saxlamaq", "ümumi təhlükəsizliyi qəsdən aldatmaq" və "qəsdən yaralama" maddələri ilə cinayət işi açılıb. İstanbul Baş Prokurorluğu Arda Turanın 12,5 il, müğənni Berkay Şahinin şikayəti əsasında isə daha 2 ilə qədər həbs tələbi ilə ittiham aktı hazırlayıb.






Fikirlər