GÜLƏŞÇİLƏRİMİZ 2 ERMƏNİNİ məğlub etdi (VİDEO)
Tehranda güləş üzrə beynəlxalq turnirə start verilib
ANS TV-nin İran bürosunun məlumatına görə, Tehranda sərbəst və yunan-Roma güləşi üzrə beynalxalq turnirə start verilib. "Təxti Kuboku"adlanan beynalxalq turnirdə iştirak edən 16 ölkənin arasında Azərbaycanın mili yığması da yer alıb.
Yarışda millimizlə yanaşı, Rusiya, Gürcüstan, Belarus, Ukrayna, Ermənistan, Mərakeş, Polşa, Tunis, Macarıstan, Tacikistan, Serbiya, Hollandiya və İranı təmsil edən pəhləvanlar medallar uğrunda mübarizə aparır.
Nəticələrə gəlincə turnirin ilk gününü yunan-Roma güləşçilərimiz üçün uğurlu adlandırmaq olar.
“Hər zaman olduğu kimi "Təxti Kuboku" adlanan beynalxalq turnir çox yüksək səviyyədə keçirilir. Bu yarışda 9 dövlət iştirak edir. Bizim heyət bu yarışa 5 və 6-ci nömrələr ilə gəlmişik. Lakin tək bir idmançımız Azad Əliyev 3-cü heyətdədir. Amma buna baxmayaraq güləşçilərimiz çox yaxşı iştirak etdilər. Bu gün Sakit Quliyev 3-cü yerə layiq görülüb. Çox yaxşı güləşçidir. Əsas sevindirici hal odur ki, yarış zamanı iki erməni idmançısını məğlub etdik. Bu sevindirici bir haldır”, - deyə yunan-Roma guləşi üzrə məşqçi Nurəddin Rəcəbov bildirib.
Yunan-Roma güləşi üzrə yığmanın üzvləri böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Əfsər Namazəliyevin rəhbərliyi altında yarışda iştirak ediblər.
Qeyd edək ki, heyətdə Səid Balabəyov, Sakit Quliyev, Azad Əliyev, Elman Muxtarov, Ruhin Mikayılov, Şəmistan Quluzadə və Şəhriyar Məmmədov yer alıb.