Azərbaycan idmanında biabırçılıq (VİDEO)
Güləşçilər yumruq davasına çıxdı
ANS PRESS-in məlumatına görə, Azərbaycan güləşçiləri arasında elə yarış vaxtı döşəkçədə dava düşüb.
Dava oktyabrın 29-u 55 kq çəki dərəcəsində keçirilən yarımfinal görüşünündə baş verib. Tofiq Sadıqlı və Əfqan Xaşalov arasında keçirilən görüşün son hissəsində hesab 1:0 birincinın xeyrinə olarkən güləşçilər arasında dava düşüb.
Güləşçılər bir birinə əl qol atıb. Idmançılar arasında düşən davaya bir anda digərləri də qoşulub. Bir müddət sonra tərəfləri sakitləşdirmək mümkün olub.
"Zenit" İdman Cəmiyyətinin yetirməsi Əfqan Xaşalov sonda turnirin qalibi olub. Zenit İC üzvü finalda Qax güləşçisi Məhəmməd Abdullayevi 11:1 hesabı ilə məğlub edib.
Əfqan Xaşalov
Yarışda respublikanın bütün rayon və şəhərlərindən 172 sərbəst güləşçi 50, 55, 60, 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində mübarizə aparıb.
Məsələ ilə bağlı ANS PRESS-ə açıqlama verən Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Mais Musayev yarış zamanı anlaşılmazlıq olduğunu bildirib.
"Orda yüngül mübahisə yaşandı, idmanda belə hallar baş verir. Bazar ertəsi bu barədə rəsmi açıqlama olacaq", - deyə Musayev qeyd edib.