“LOKOMOTİV” – “FƏNƏRBAXÇA” oyununu türk polisi də mühafizə edəcək
Cümə axşam oynanılacaq “Lokomotiv” – “Fənərbaxça” matçında asayişi qorumaq üçün türk polisləri də cəlb olunacaq. AzerTaym.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu gün 4 türk polisi Moskvaya gəlib. Rusiya Daxili İşlər Nazirliyi ilk matçda rus polislərinin meydançada təhlükəsizliyi təmin etməsinə icazə verdiyi üçün Türkiyə tərəfinə təşəkkür edib və analoji addımı atıb. Avropa Liqası çərçivəsində keçirilən ilk matç türklərin 2:0 heablı qələbəsi ilə başa çatmışdı.