PUTİN Türkiyəyə “Spetsnaz” GÖNDƏRİR - ŞOK PLAN

Rusiya prezidenti Vladimir Putinin təlimatı ilə bu ölkənin xüsusi xidmət orqanlarının xəfiyyələri gizli şəkildə Türkiyəyə göndəriləcək.

Azərtaym.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) bağlı olan “Your news wire” adlı “kəşfiyyat” portalı məlumat yayıb.

 

 

Məlumata görə, FTX Türkiyə və ABŞ ərazilərində gizli əməliyyatlar həyata keçirmək üçün Rusiya parlamentinin üzvlərinə sorğu göndərib:

“Prezident Vladimir Putinin təlimatı ilə hazırlanan hesabata görə, “Spetsnaz” kimi tanınan rus kəşfiyyatçılarının Türkiyə ərazisində gizli əməliyyatlar keçirməsi üçün qanunla icazə istənilir. Bundan öncə Ukraynada xaos yaratmış gizli rus xəfiyyələrinin də Türkiyəyə göndərilməsi və Türkiyədə xaos yaratmaq üçün PKK amilindən istifadə olunacağı ehtimal edilir”.

 

Xatırladaq ki, Rusiya oxşar addımı yaxın tarixdə Ukraynaya qarşı da atıb. Ukrayna ilə Rusiya arasında başlayan münaqişə öncəsi də “yaşıl adamlar” adlandırılan gizli rus xəfiyyələri Kiyev hökumətini xaosa sürükləməyə nail olmuşdu.

 






Fikirlər