Rusiyalı məşhur tennisçi Mariya Şarapovanın orqanizmindən istifadəsi qadağan olunmuş mildronat preparatı aşkarlanıb
Piasport.az-ın məlumatına görə, bu barədə 29 yaşlı idmançının özü keçirdiyi xüsusi mətbuat konfransında açıqlama verib.
O bildirib ki, bir neçə gün öncə Beynəlxalq Tennis Federasiyasından məktub alıb. Məktubda onun dopinq-testinin müsbət nəticə verdiyi bildirilib. Şarapova mildronatı 2006-cı ildə səhhətində problem yarandığı vaxtdan qəbul etməyə başlayıb. Bu il yanvarın 1-dən isə bu preparat qadağan olunmuş dərmanlar siyahısına düşüb. Ona yenilənmiş siyahını göndərsələr də, nə özü, nə də ətrafındakılar göz gəzdirib. Hazırda Şarapova onu hansı cəzanın gözlədiyini və nə vaxt tennisə qayıdacağını bilmir: "Karyeramı bu cür başa vurmaq istəmirəm. Ümidvaram ki, mənə daha bir şans verəcəklər".(Sportnet.az)