“Mən digərlərindən fərqliyəm” - RONALDO
“Yuventus”un yeni transferi Kriştiano Ronaldonun təqdimetmə mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu baş tuta mərasimdə jurnalistlərin suallarını cavablandırıb: - “Yuventus”a transferin necə baş tutdu? - Çox asan şəkildə cavablayacağım sual deyil. "Yuventus" dünyanın ən yaxşı klublarından biridir. Mənim üçün çətin qərar idi. İtaliyada ən böyük komandaya gəldim. Mən hər zaman rəqabət istədim. "Sportinq, "Mançester Yunayted", "Real" və indi də "Yuventus". Möhtəşəm bir karyeradır. Bu yeni rəqabətim də digərləri kimi gözəl olacaq. Karyeramın bu çağında belə bir nəhəng kluba gəlmək möhtəşəmdir. "Real"da 9 il keçirdim, möhtəşəm anlar yaşadım. Yeni bir addım atdım. Motivasiya olmuş durumdayam. Hər zaman olduğu kimi ən yaxşılardan biri olduğumu göstərəcəm. Məni yaxşı tanıyırsınız, uğurlara ac biriyəm, yeni rəqabəti sevirəm, tarix yazmaq istəyirəm. - İtaliya sizin üçün yeni sərgüzəşt olacaq. Burada oynamaq çətin olmayacaq? - İtaliya taktiki cəhətdən çətin liqadır. Çətin olacaq, amma karyeramda hər zaman çətinliklər olub. Çox çalışacağam və oyunuma güvənirəm, komanda yoldaşlarıma güvənirəm. Əlimdən gələnin ən yaxşısını edəcəm. Bu səbəbdən çox sakitəm. - "Yuventus" sizin gəlişinizlə Çempionlar Liqasında qalib ola bilər? - Hər kəsin Çempionlar Liqasını qazanmaq arzusunda olduğunu bilirəm, amma biz bütün kubokları almaq üçün savaşacağıq. Çempionlar Liqasında qalib olmaq çətindir, lakin "Yuventus"un onu da alması üçün çalışacam. - Təklif göndərən klub tək “Yuventus” idi, yoxsa başqa komandalar da var idi? - Bəli, təklif ünvanlayan yeganə klub "Yuventus" idi. - Sizin yaşınızda olan çox futbolçular Amerika, Çin və ərəb ölkələrinə üz tutur. Lakin siz böyük klubla anlaşdız... - Artıq 23 deyil, 33 yaşındayam. Mənim yaşımda karyeralarının bitdiyini düşünən futbolçulardan fərqliyəm. Mən onlar kimi deyiləm, fərqli olduğumu göstərəcəm. - "Qızıl top" mükafatına yenə iddialısız? - Bunu hazırda düşünmürəm. Mən hər zaman qazanmaq və ən yaxşı olmaq istədim. Əgər işlər qaydasında gedirsə, şansım ola bilər. Lakin bu məsələ məni yuxusuz qoyacaq bir şey deyil. - İtaliyayaya gəlməyiniz Lionel Messi ilə rəqabətinizə necə təsir göstərə bilər? - Futbolçuları rəqib olaraq görmürəm, belə yaşamıram. Təbii ki, qazanmaq və ən yaxşı olmaq istəyirəm. Hər kəs Lionel Messi ilə aramdakı rəqabətdən bəhs edir, amma oyunçular komandaları üçün ən yaxşısını etməyə çalışır. Sonda kimin daha yaxşı olduğu bəlli olur, bu qədər sadə.