Ronaldu o kluba keçdi - "Real Madrid" TƏSDİQLƏDİ

Ronaldu o kluba keçdi - "Real Madrid" TƏSDİQLƏDİ

İspaniyanın "Real Madrid" klubunun ulduz futbolçusu Kriştianu Ronaldu komandanı tərk edib.

AzerTaym.az  klubun saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi 33 yaşlı hücumçunun İtaliyanın "Yuventus" klubuna keçidini təsdiqləyib.

Klubun prezidenti Florentino Perezlə fikir ayrılıqları yaşayan Ronaldo bazarlıqda hər hansı problem çıxmazsa, gələn mövsüm “Yuventus”la karyerasına davam edəcək.

İtaliya mətbuatının verdiyi məlumata görə, tərəflər arasında görüşlər davam edir. Müzakirələrə Ronaldonun meneceri Xorxe Mendes də qatılır. İtaliya klubu transfer qarşılığında “Real”a 100 milyon avro təklif edir. Lakin bu məbləğ Peresui qane etmir. O, Ronaldonun qiymətini 150 milyon avroya qaldırıb.

İtaliya və İspaniya mətbuatında yer alan xəbərlərə görə, tərəflər ortaq yol tapmaq üçün addımlar atır. Buna görə, həftə bitmədən razılaşmanın əldə edilməsi gözlənilir.

“Real Madrid” tarixinin ən məhsuldar futbolçusu olan Ronaldo bu komandada 2 La Liqa,4 Çempionlar Liqası və 2 Kral Kuboku zəfəri yaşayıb.






Fikirlər