Ronaldoya fantastik qiymət qoyuldu - 400 milyon avro!

Ronaldoya fantastik qiymət qoyuldu - 400 milyon avro!Xorxe Mendes meneceri olduğu "Real"ın futbolçusu Kriştiano Ronaldonun təzminat qiymətini açıqlayıb.

O, BBC-yə müsahibəsində portuqaliyalı hücumçunun İngiltərə klublarından birinə mümkün transferi haqda sualı cavablandırıb.
Bu zaman qeyd edib ki, Ronaldonu almaq istəyən klub 300 milyon funt-sterlinq (400 milyon avroya yaxın) ödəməlidir: ""Real" hansısa bir səbəbə görə Ronaldonu satmağı düşünərsə, onu almaq istəyən klub 300 milyon funt-sterlinqindən keçməlidir ".


Qeyd edək ki, X.Mendes Ronaldodan başqa Joze Mourinyo, Luis Felipe Skolari, Radamel Falkao, Anxel di Mariya, Xames Rodriges, David de Xea, Viktor Valdesin də meneceridir ("Trend").






Fikirlər