Ronaldo üçün şok qiymət - 1 milyard avro!!!

Ronaldo üçün şok qiymət - 1 milyard avro!!!Madridin “Real” komandasının portuqaliyalı futbolçusu Kriştian Ronaldonu almaq istəyən klub 1 milyard avro ödəməlidir.
Məlumata görə, futbolçunun agenti Xorxe Mendeş portuqaliyalı futbolçunun dəbbə məbləğinin 1 milyard avro olduğunu bildirib.
“O, tarixdə ən yaxşı futbolçu olmaqla yanaşı həm də bütün dövrlərin ən böyük idmançısıdır. O, rəqabətin daha yüksək olduğu bu ən populyar idman növündə ən yaxşı oyunçudur. Buna görə də dünyada ən yaxşı futbolçudur. Onun kontraktında dəbbə məbləği 1 milyard avroya bərabərdir” - deyə Mendeş bildirib.
Agent həmçinin futbolçunun zədələnməyəcəyi təqdirdə mövsüm ərzində 60 top vura biləcəyini qeyd edib.







Fikirlər