13.02.2014. - Ronaldodan inanılmaz qəddarlıq – Ölümdən döndü- VİDEO
Kral Kubokunun yarımfinal mərhələsinin “Real” – “Atletiko” matçında Xavyer Mankilyo Ronaldo ilə havada toqquşaraq boyunu üstə yerə yıxılıb.
Bundan sonra oyunun hakimi Ronaldonu sarı vərəqə ilə cəzalandırmalı olub.
Futbolçunun durumu ilə bağlı klubun rəsmi saytı açıqlama yayıb, onun vəziyyətinə aydınlıq gəlib.
Məlumata görə, xəstəxanada müalicə alan oyunçu 4-6 həftə müddətində boyunluq taxacaq.
Boynunda qırıq olan futbolçunun bu gün evə buraxılması gözlənilir. Onun ən azı iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Bu xoşagəlməz olaydan sonra Ronaldo bir neçə dəfə zəng vuraraq futbolçunun vəziyyəti ilə maraqlanıb.