07.03.2014. - Ərəb şeyxi Messiyə qiymət qoydu - 200 milyon avro!

07.03.2014. -  Ərəb şeyxi Messiyə qiymət qoydu - 200 milyon avro!İngiltərənin “Mançester Siti” futbol klubu “Barselona” komandasının lideri Lionel Messini 200 milyon avroya almaq və ona 25 milyon avro illik məvacib təklif etmək niyyətindədir.

AzerTaym.az xarici mətbuata istinadən xəbər verir ki, “şəhərlilər” Messinin son vaxtlar Kataloniya klubundakı vəziyyətindən və yeni müqaviləyə dair danışıqların gedişatından narazı olmasından istifadə etməyə çalışırlar. “Barselona”nın indiki məşqçisi Herardo Martino bu yay klubu tərk edə bilər ki, bu da Messinin ürəyincə deyildir.

Nəşrin yazdığına görə, futbolçu getdikcə daha çox tərəfdaşları tərəfindən tənqid obyektinə çevrilir. Onlar Messidən oyun və məşqlər zamanı daha çox “can yandırmağı” gözləyirlər. Bildirilir ki, Fransanın “PSJ” klubu kimi “Siti” də artıq futbolçunun atası və agenti Xorxe Messiyə müraciət edib. Lakin varlılar üçün müəyyən olunmuş 75 faizlik vergiyə görə argentinalının Parisə köçməsi ağlabatan deyil.

Yada salaq ki, "Mançester Siti" klubunun sahibi ərəb şeyxi Süleyman əl-Fəhim adlı milyarderdir.






Fikirlər