Xavi ilinə 21 milyonluq məvacib təklifini rədd edib

Xavi ilinə 21 milyonluq məvacib təklifini rədd edib
Rusiyanın “Anji” klubu dünyanın futbol ulduzlarından olan Xavi Hernandez üçün xüsusi təklif göndərib. Хəbərə görə, Rusiya klubunun rəhbərliyi yarımmüdafiəçini heyətındə görmək istədiyini bildirib.
Belə ki, “Anji” yarımmüdafiəçinin transferi üçün ona illik 21 milyon avro məvacib təklif edib. Lakin Xavi “Barselona”nı tərk etmək istəmədiyini bildirib. O, karyerasını Katalon klubunda başa vurmaq istəyir.
Məlumat üçün bildirək ki, Xavinin “Barsa” ilə müqaviləsi 2014-cü ildə başa çatacaq. Müqavilənin şərtlərinə əsasən, razılaşma daha 2 il artırıla bilər.






Fikirlər