5 OLİMPİADAÇI ÖMÜRLÜK idmandan UZAQLAŞDIRILDI

5 olimpiadaçı ömürlük idmandan uzaqlaşdırıldı

Beynəlxalq Olimpiya Komitəsi 5 rusiyalı idmançını idman yarışlarından ömürlük uzaqlaşdırıb. AzerTaym.az

Publika.az-a istinadən xəbər verir ki, idmançılar 2014 Soçi Qış Olimpiya Oyunları zamanı dopinqdən istifadə etməkdə ittiham edilib.

Beləliklə, Sergey Çudinov, Aleksey Neqodalio, Dmitri Trunenkov, Yana Romanova və Olqa Vilukina idmandan ömürlük uzaqlaşdırılıb. Onların Olipmiyadada qazandığı dərəcələr də geri alınıb.

Qeyd edək ki, sözügedən müsabiqədə A.Neqadilo və Dmitri Trunenkov qızıl, Y.Romanova ilə O.Vilukina isə gümüş medal əldə etmişdi.






Fikirlər