Neft FONDU bu gün 80 MİLYON dollar satdı
Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, fond (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 80 milyon ABŞ dolları 21 banka satılıb.
Aprelin 11-də Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.