24.04.2014. - Milli pullarımızın üzərindəki şəkillər təsadüfi deyil
2005-ci ildə isə Azərbaycan içtimaiyyətinə yeni manat təqdim olunur. Bununla yanaşı yeni qəpiklər də dövriyyəyə buraxıldı.
Həmin vaxtdan etibarən ölkəmizdə bu pullardan istifadə olunur. Yeni manatın görkəmi təsadüfi deyil. Hər bir əskinaz özündə ayrıca bir məna daşıyır.
Bir manatlıq əskinazın üzərindəki xalq çalği alətləri müasir Azərbaycan mədəniyyətini əks etdirir. 5 manat dəyərində olan əskinazda Azərbaycanın dünya ədəbiyyatına dəyərli töhfəsi əks etdirilir. 10 manatliq əskinazda Azərbaycanın dövlətçilik ənənələrindən xəbər verir. 20 manatlıq əskinaz isə Azərbaycanın müasir xarici siyasətinin hədəfini əks etdirir. Təhsil və dövlətin gələcəyi 50 manatlıq əskinazda təsvir olunur. 100 manat dəyərində olan əskinazda isə Azərbaycanın iqtisadi inkişafı və xalqının rifahının çiçəklənməsi əks olunur.