20.04.2014. - "Qaçqın müdir" oğluna 160 min manatlıq «Porşe» alıb
Qarabağ bölgəsi xüsusilə Ağdamla bağlı portalımıza hər zaman çox ilginc informasiyalar ötürən mənbəəmiz bu dəfə də maraqlı məlumatları ilə bizləri təəcübləndirməkdədir.
Beləki,Ağdam Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Teyyub Nəcəfovla bağlı olduqca maraqlı xəbərlər üzə çıxıb.Mənbəəmiz bildirir ki, Su və Meliorasiya ASC-nin işçisi olan sözügedən şəxs artıq demək olar bölgənin ən varlı məmurları sırasında ilk beşliyə daxildir.
Dövlət büdcəsindən ayrılan pulları təyinatı üzrə xərcləmədiyi deyilən idarə rəisinin, həmçinin qazandığı pulları özünə və dostlarına sərf etdiyi də vurğulanır. Məlumatlarda deyilir ki, T.Nəcəfov bir müddət əvvəl yaxın dostu, Kapital Bankın Ağdam filialının müdiri Şəhriyar Mehdiyevin oğluna ad günü münasibəti ilə 70 min manatlıq maşın hədiyyə edib. Hərçənd filial müdiri həmin maşinı 1 ay sonra sataraq, pula çevirib.
Amma Ağdam Subartezian Quyularının İstismarı İdarəsinin rəisi özünü və oğlunu da yaddan çıxarmayıb. Belə ki, onun oğluna bu yaxınlarda 160 min manata «Porşe» markalı avtomobil aldığı vurğulanır. Həmçinin Teyyub Nəcəfovun ötən il Almaniyada müalicə aldığı və bu məqsədlə isə 100 min manat xərclədiyi bildirilir.
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.