Dövlət Gömrük Komitəsi proqnoza 123,19 faiz əməl edib
Dekabrın 24-nə olan məlumata görə, Dövlət Gömrük Komitəsi cari ildə nəzərdə tutulan 1 milyard 810,0 milyon manat illik büdcə proqnozuna qarşı 2 milyard 229,66 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 123,19 faiz əməl edib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 637,8 milyon manat və ya 40,1 faiz artıq deməkdir. AzerTaym.az