Kapital Bank Amerika Banklar Assosiasiyasına ÜZV SEÇİLİB

 

Kapital Bank beynəlxalq əməkdaşlıq çərçivəsində Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçilib. Qeyd edək ki, MDB ölkələri arasında Kapital Bank və Rusiyanınyalnız bir bankı bu assosiasiyanın üzvüdür.

Bu münasibətlə Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov,Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) prezidenti Tod Barvelilə görüşüb. Görüş zamanı Bankçılıq sahəsində olan bir sıra mühüm məsələlər müzakirə olunub.

 “Beynəlxalq təşkilatlarla əməkdaşlığın əsas məqsədi təcrübənin artırılmasına yönəlib. Amerika iqtisadiyyatı və bankçılığı dünyanın ən inkişaf etmiş sahəsi hesab olunur. Xüsusən də komplayens sahəsindəki Amerika təcrübəsindən faydalanmaq bizim üçün önəmlidir. Kapital Bank olaraq Amerika Banklar Assosiasiyasına üzv olmaqla,xarici həmkarlarımızın təcrübəsini iş fəaliyyətimiz zamanı tətbiq edəcəyik”, - deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.

Qeyd edək ki, Kapital Bank bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.






Fikirlər