EKSPERTDƏN ŞOK: "1040 TƏLƏBƏ UNİVERSİTETLƏRİN ÖZLƏRİ Tərəfindən QƏBUL EDİLİB"

 2016-cı ildən etibarən, təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəziilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir

Bu barədə Sherg.az-a təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, əvvəlki illərdə bu proses çox qeyri-şəffaf həyata keçrilirdi. Yəni tələbənin eyni təhsil müəssisəsində bir ixtisasdan, yaxud bir təhsil formasından (əyani, axşam, qiyabi) digərinə köçürülməsi, bir univeritetdən digərinə, xarici ölkədən Azərbaycana köçürülməsi Ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilirdi:
"Bu zaman kifayət qədər qanun pozuntuları, əsassız tələblər ortaya çıxdırdı. Bundan başqa TQDK-nın keçirdiyi imtahanda keçid balını toplaya bilməyənlır, heç bir yerə qəbul ola bilməyənlər, Rusiyanın, Ukraynanın, Dərbəndin, Dağıstanın ali təhsil müəssisələrinə qəbul olurdular və sonradan Azərbaycandakı universitetlərin yeksək ballı ixtisaslarına köçürülürdülər. Və bunun ardınca məzun sisteminə daxil olmayan şəxslərə diplomların verilməsi, saxta diplom problemlərinin yaranması başladı.
1992-2016-ci illər ərzində 1742 nəfər tələbə xarici təhsil müəssisəsindən Azərbaycanın ali və orta ixtisas məktəblərinə köçürülüb.
Bu illər ərzində təkcə universitet rəhbərliklərinin razılığı ilə xarici ölkələrdən yox, həmdə ölkə daxilində bu proses həyata keçrilib. Belə ki, bu müddətdə 826 nəfər Azərbaycanın bir təhsil müəssisəsindən digərinə köçürülüb".
Ekspert diqqətə çatdırıb ki,  Azərbaycanda bu müddətdə 1040 tələbə məktəbə TQDK-nın xətti ilə deyil, təhsil müəssələrinin özləri tərəfindən qəbul edilib: 
"Bundan başqa tələbələrin universitetdən obyektiv əsaslarla köçürülməsinin müsbət tərəfi odur ki, abituriyentlər ali məktəblərə qəbul zamanı yetlərli bal toplasa da, ixtisas seçimi zamanı düzgün seçim etməyib ürəklərincə olmayan ixtisaslara qəbul olmuşdular. Və təhsil müddətində aldıqları təhsilə o qədər də maraq göstərmirdilər. Amma indi yaradılan şəraitdən sonra onlar balları uyğun gələn və istədikləri ixtisasda təhsillərini davam etdirəcəklər.
Əldə etdiyim məlumata görə 2017-ci ildə ümumilikdə 497 nəfər bir ali təhsil müəssisəsindən və ixtisasdan digərinə köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib, 233 nəfər seçdikləri Ali təhsil müəssisələrinə köçürülüb".
AzerTaym.az






Fikirlər