Azərbaycanda bank sədri işdən ÇIXARILDI
“Dəmirbank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov vəzifəsindən kənarlaşdırılıb. Bu barədə "Qaynarinfo"ya bankdan bildirilib. Məlumata görə, onu hazırda Oqtay Əliyev (Bankın baş direktoru) əvəz edir. Xatırladaq ki, “Dəmirbank” 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.