Xəzərdə dəniz taksilərinin istifadəsi ilə bağlı müzakirələr gedir - ARDDA
O deyib ki, əsas müzakirə mövzusu bu nəqliyyat vasitəsinin səmərəliliyi ilə bağlıdır: “Sərnişinlərin mənzil başına çatdırılması işində təhlükəsizliyin tam şəkildə təmin olunması üzrə bir sıra məsələlərin həlli ilə bağlı iş gedir. Yəqin ki, müzakirələrdən sonra yekun qərar veriləcək.”
E.Rəhimov dəniz taksilərində gediş haqqı məsələsinə də toxunub və söyləyib ki, sadalanan məsələlərin həllindən sonra qiymətlərə baxılacaq.
Məlumata əsasən, Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinə qədər və əks istiqamətdə işləyəcək taksilər Bakı buxtasını Nargin adası ilə birləşdirəcək. Katerlərin sürətinin Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verəcəyi bildirilir. Dəniz taksilərinin dayanacağı bulvardakı Paraşüt qülləsinin yaxınlığında yerləşəcək.