13.05.2014. - ARDDA-nın nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyasında iştirak edəcək

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi
Qüdrət Qurbanovun
rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (İMO) Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyasında iştirak edəcəkdir.
Sessiya 14-23 may 2014-cü il tarixlərində London şəhərində keçiriləcək.

"AzerTaym.az" saytının Trend-ə istinadən verdiyi məlumata görə,
"Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"ya, "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"ya, "Yük nişanı haqqında Beynəlxalq Konvensiya"nın 1988-ci il Protokolunun B Əlavəsinə, "Yanğın təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə"yə, "Xilasedici vasitələr haqqında Məcəllə"yə, "Təhlükəli kimyəvi yükləri qalama şəklində daşıyan gəmilərin konstruksiya və avadanlıqları haqqında Beynəlxalq Məcəllə"yə təklif edilən dəyişikliklərin nəzərdən keçirilməsi və qeyd olunan təkliflər ilə bağlı müzakirələrin aparılması Sessiyanın gündəmində duran əsas məsələlərdir.

Eyni zamanda Komitənin iclasında beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, dəniz mühitinin mühafizəsinin və dənizdə təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi ilə əlaqədar dünya dəniz dövlətləri tərəfindən həyata keçirilməsi zəruri olan fəaliyyətlər ilə əlaqədar ümumi müzakirələr aparılacaqdır.

Həmçinin, Sessiya müddətində Azərbaycan Respublikasının nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və Sessiyada iştirak edən Üzv Dövlətlərin nümayəndələri ilə iki tərəfli görüşlər keçirməsi nəzərdə tutulmuşdur.

13.05.2014. -  ARDDA-nın nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyasında iştirak edəcək

Fikirlər