Rusiya VƏ Çin DOLLARIN Sonunu HAZIRLAYIR!
Neft dolların gücünü müəyyənləşdirir, lakin xam neftin yuanla nominasiya olunmuş fyuçers müqavilələri Çin valyutasının dünya ticarətində böyük həcmdə istifadəsinə imkan yaradacaq. Hərçənd ki, dolların mövqeyini laxlatmaq üçün Çinin xam neft bazarına təsir imkanı kifayət qədər deyil, amma onun bu xüsusda uzunmüddətli planı var. Ən əsası isə Çin xam neftin dünyadakı idxalatçısı kimi mühüm ölkəyə çevrilib. Hətta Amerikanın şist neftinin satıcıları da Çin bazarını tutmağa ümid bəsləyirlər. Bu isə Çinə yaxşı imkanlar verir. “High Frequency Economics”-in aparıcı iqtisadçısı Karl Vaynberq güman edir ki, tezliklə neftin qiyməti yuanla müəyyənləşəcək. Bizim dəyişən dünyamızda güclünün “səsi çıxır”, zəif isə onun ardınca gedir. 1944-cü ildən bu günə kimi Bretton-Vuds sistemi dolları hegemon mövqeyə çıxarıb. Dollar dünya iqtisadiyyatını artıq 70 ildir ki, idarə edir. Lakin bir çox ölkələrdə, xüsusən də neft hasil edən ölkələrdə gedən dollarsızlaşmaya cəhd heç zaman bitməyib.Əslində son bir neçə ildir ki, bəzi dövlətlər rezerv valyuta olan dollardan yaxa qurtarmaq üçün aktiv şəkildə alternativ yollar axtarırlar. Məsələn, Rusiya və Çin neftlə ticarətdə dollarsız mühit yaradıblar. Bu iki ölkə dolların düşüşü zamanı yarana biləcək təhlükədən müdafiə olunmaq üçün qızıl ehtiyatlarını artırırlar. - Rusiya və Çinin qızıl ehtiyatı sürətlə artır Qiymətli metallar üzrə ekspert Ronan Menli bildirib ki, Çin və Rusiyanın qızıl yığmasını dünya iqtisadiyyatının dollarla tənzimlənməsi strategiyasından azad edilməsinə doğru atılmış addım kimi dəyərləndirilmək olar. Bu iki ölkə aktiv şəkildə qızıl ehtiyatı yaradırlar və əgər belə davam edərsə, gələcəkdə qızıl standartına qayıtmaq mümkün olacaq. Onda dünyanın dollarla idarə edilməsinin sonu çatacaq. Keçən ilin avqustunda Almaniya özünün qızıl ehtiyatının ABŞ-dan geri qaytarılması prosesini sürətləndirib. Bunun səbəbi dolların heç nə ilə təmin olunmamasının yaratdığı gərginliklə bağlıdır. Həm də ki, ABŞ artıq İkinci Dünya Müharibəsindən sonrakı vəziyyətdə deyil. İqtisadi dayanıqsızlıq dövründə qızıl əsasən hec-fond sayılır. Qızılın geri qaytarılması prosesini başa vurduqdan sonra Almaniya dollar tərəfindən “zəbt olunmaq” təhlükəsindən qorxmaya bilər. Statistika göstərir ki, Çin və Rusiya son 10-15 il ərzində qızıl ehtiyatını aktiv şəkildə artırıb. Rəsmi məlumata əsasən on il bundan öncə bu ölkələrin hər birinin qızıl ehtiyatı, təxminən, 400 ton idi. İndi artıq Çin və Rusiyanın birlkdə qızıl ehtiyatı, təxminən, 3670 tondur. - Nə üçün ABŞ Çinin qızılını qaytarmaqdan imtina edib? Ronan Menli qeyd edir ki, əgər Çin və Rusiya barəsində danışsaq, onda qızıl dollardan asılılığı götürə biləcək yeganə monetar aktivdir. Qızılın satın alınması üçün çoxlu sayda kanallar mövcud olduğuna görə, hər iki tərəf öz rəsmi ehtiyatlarından da artıq həcmdə qızıl əldə edə bilər. Əgər Rusiya və Çin öz qızıl ehtiyatlarını bir yerə toplasalar, onda ümumi həcm amerikanların ehtiyatından çox olar. Bu isə ən azından dollara və ABŞ-ın dünya iqtisadiyyatındakı mövqeyinə ciddi zərbə vurar. “Chinese Buisness Wisdom” saytının məlumatına əsasən, 2017-ci ilin dekabrınadək qızıl ehtiyatlarının dünyadakı həcminə görə, ABŞ, 8135 tonla birinci yerdə gedir. İkinci yeri 3373,6 tonla Almaniya tutur. Üçüncü yerdə Beynəlxalq Valyuta Fondu, dördüncü və beşinci yeri isə müvafiq olaraq İtaliya ilə Fransa bölüşür. Altıncı yerdə gedən Çinin qızıl ehtiyatının həcmi 1842,6 tondur. Çinin arxasınca yeddinci yerdə gedən Rusiyanın 1828,6 ton qızıl ehtiyatı var və bu ölkə ehtiyatını durmadan artırır. “China Buisness Wisdom” qeyd edir ki, Nyu-Yorkun yeraltı saxlanma anbarlarında Çinə məxsus 600 ton qızıl var və ABŞ onun qaytarılmasından dəfələrlə imtina edib. Bəzi analitiklər bildirirlər ki, Çin bundan xeyli əvvəl Amerikan sanksiyalarından yaxa qurtarmq üçün girov kimi qızıl vermək məcburiyyətidə qalmışdı. Bu məlumat Çinin ”Beynəlxalq maliyyə” qəzetinin 2017-ci ilin dekabrındakı ”ABŞ nə qədər qızıl mənimsəyib” başlıqlı məqaləsində də yer alıb. Məlumat verilir ki, 60-dan artıq ölkənin qızıl ehtiyatının hamısı və ya bir qismi Nyu-York Federal Ehtiyat Bankının saxlanma anbarındadır. Çin də 600 tonla bu ölkələrin içərisindədir. Aydın olub ki, Çin saxlanılması üçün ABŞ-a qızılı ilk dəfə 1990-cı ildə verib. Amma maraqlıdır ki, indi Çin və Rusiya özünün qızıl ehtiyatları barəsində ictimaiyyəti məlumatlandırır. Bu onu göstərir ki, qızıl strateji pul aktivi hesab edilir. Hər iki ölkə məlumatı gizlətmir, ABŞ isə əksinə, qızılın strateji mövqeyini həqiqətən də dəyərləndirmir. Hal-hazırda qızıl dolların ən böyük düşmənidir. Geosiyasi strategiya üzrə amerikalı mütəxəssis Uilyam Enqdal bildirir ki, Çin və Rusiyanın əlində qızıl ehtiyatı kimi güclü kart var. Bu dolların mövqeyinə qarşı meydan oxumaqdır. Vaşinqton və Uol-Stritdə hər şeyi gözəl anlayırlar, lakin bu vəziyyətdə nə isə etmək baxımından gücsüz qalırlar. Çin və Rusiyanın əlavə üstünlüyü ilə qarşılaşan Vaşinqton və Uoll-Strit, daha bir ”Yunanıstan borc böhranı” yaratmaq imkanında deyil. Bununla bağlı Amerikanın biznesmen prezidenti Tramp 2016-cı ildə öz narahatçılığını ifadə etmişdi: ”Əvvəllər biz çox gülü ölkəydik, ona görə ki, qızıl standartında idik, ancaq indi bizdə qızıl yoxdur, o başqa ölkələrə gedib”. Trampın sözlərində elə bil ki, Keynsin ifadələri yer alıb. Keyns deyirdi ki, qızıl-sonuncu etibarlı ehtiyatdır, çünki onu əvəzləyəcək digər yaxşı alternativ hələlik yoxdur. (“Coxy”-Çin)