“AzerGold”a kim rəhbərlik edəcək?
Bu gün maraq doğuran məsələlərdən biri isə bu nəhəng quruma kimin rəhbərlik edəcəyidir və artıq bu haqda müəyyən informasiyala yayılmaqdadır.
Quruma rəhbərlik edəcək kadrların sırasında adı hallanan şəxslərdən biri “Azinterpartlayış – X” MMC-nin direktoru Azər Şükürovdur.
Moskvada təhsil alması, ixtisasca dağ-mədən mühəndisi olması və dağ-mədən işləri sahəsində uzun müddət fəaliyyət göstərməsi onun bu posta gətirilməsini reallaşdıran əsas amillərdən hesab olunur.
İnformasiyanı dəqiqləşdirmək üçün Azər Şükürovla əlaqə saxladıq. O, bu haqda məlumatı olmadığını dedi və informasiyanı təkzib etdi.