19.06.2014.- Kəmaləddin Heydərov İranın nümayəndə heyətini qəbul etdi

19.06.2014.- Kəmaləddin Heydərov İranın nümayəndə heyətini qəbul etdi  Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov
İran İslam Respublikası sənaye, mədən və ticarət nazirinin müavini Müctəba Xosrov Tacın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


FHN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı nazir Kəmaləddin Heydərov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri çərçivəsində Tehranda aparılmış danışıqlar və müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.
Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyətinin cari ilin mart ayında İrana səfəri zamanı sənaye və mədən sahələrində əməkdaşlığın gücləndirlməsinə dair aparılmış müzakirələr də olduqca faydalı olub. İranın sənaye, mədən və ticarət nazirinin müavini Müctəba Xosrov Tac səmimi qəbula görə təşəkkürünü bildirib, iki ölkənin nazirlikləri arasında mədən sənayesi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu söyləyib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. İran nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Böhran Mərkəzi ilə tanış olub.






Fikirlər