BTQ ilə Rusiyadan göndərilən polad lövhələrin nəqlinə başlanılıb

BTQ ilə Rusiyadan göndərilən polad lövhələrin nəqlinə başlanılıb

Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC, Bakı-Tbilisi-Qars dəmir yolunun yaratdığı imkanlardan istifadə edərək, irihəcmli tranzit yükləri nəql etməkdə davam edir. Şirkətə məxsus daha böyük həcmdə yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql etməyə nəzərdə tutulur.

"AzerTaym.az" "ADY Express"ə istinadən xəbər verir ki, bu dəfə "ADY Express", Maqnitoqorsk Metallurgiya kombinatının (MMK) təyin etdiyi logistik şirkət – Rusiyanın “Pervaya Transportnaya Logistiçeskaya Kompaniya” və Gürcüstandakı tərəfdaş şirkəti olan “GR Logistics and Terminals” ilə birgə MMK-ya məxsus irihəcmli yükü – polad lövhələri, nəql etməyə müvəffəq olub. Daşınan yükün həcmi isə 2232 ton və ya 36 vaqon təşkil etdi.

Razılaşmaya əsasən, Rusiyanın “Maqnitoqorsk-Qruzovoy” stansiyasından yola salınan yük Azərbaycandan keçərək Gürcüstanın Axalkalaki stansiyasına çatdırılıb. Həmin stansiyaya gələn Türkiyəyə məxsus vaqonlara aşırılan yük, daha sonra Qarsa oradan isə Türkiyənin Payas stansiyasına çatdırılıb. Mürəkkəb loqistik əməliyyatı logistik şirkətlərin birgə səyi nəticəsində həyata keçirmək mümkün olub.

Beləliklə, yük qatarı 5 min km yaxın məsafəni, 17 günə qət edərək Rusiya, Azərbaycan və Gürcüstandan keçərək, Qarsa və daha sonra Türkiyənin Payas stansiyasına çatıb.
Maqnitoqorsk Metallurgiya kombinatı ilə bundan sonra da əməkdaşlıq davam edəcək.






Fikirlər