“Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

“Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

Əhalini yüksəkkeyfiyyətli və sürətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar”, 2019-cu ildə şəbəkə tutumunun genişləndirilməsi istiqamətində görülən işlərlə bağlı hesabatını açıqlayıb. 

"AzerTaym.az" bildirir ki,  mobil operator ötən il ərzində 1055-dən artıq 4G/4,5G texnologiyalı baza stansiyası quraşdırıb. Bununla da “Nar” 4G/4,5G texnologiyalı baza stansiyalarının sayını 60%-dən çox artıraraq, 2779-a çatdırıb. Mobil operator ötən il ərzində 230-dan çox 3G texnologiyalı baza stansiyası quraşdırıb və hazırda 3G texnologiyalı baza stansiyalarının sayı 2854 olub.  

“Nar” 2019-cu il ərzində 4G/4,5G baza stansiyalarının coğrafi əhatə dairəsini 245%, ölkə əhalisi üzrə əhatə dairəsini isə 80% artırmağa nail olub. Hazırda “Nar” 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Qeyd edək ki, “Nar” Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın regionlarını da keyfiyyətli şəbəkə ilə təmin etməyə xüsusi diqqət göstərir. Mobil operator LTE-A texnologiyalı baza stansiyalarını ölkənin 54 regionunda quraşdırmağa nail olub. Hazırda ucqar kəndlərdə belə abunəçilər “Nar”ın yüksəkkeyfiyyətli 4G şəbəkəsindən yararlana bilirlər. Mobil operatorun 4G/4,5G  istifadəçilərinin 67%-i Bakının, 33%-i isə regionların payına düşür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.






Fikirlər