“Qurban bayramında qoyun ətinin qiyməti aşağı düşə bilər” – Nazir
“Qurban bayramında qoyun ətinin qiyməti sahibkarlarla alıcılar arasındakı razılaşmadan asılıdır”. “APA-Economics”in verdiyi xəbərə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Nazirin sözlərinə görə, bu məsələdə eyni zamanda dövlət tənzimlənməsi də istisna olunmur: “Bir neçə sahibkarla razılaşmalar apararaq sabah bazara Qurban bayramı ilə əlaqədar əlavə olaraq xeyli sayda xırdabuynuzlu heyvanların çıxarılmasını təmin edəcəyik. Təbii ki, tələbdən artıq və yaxud tələb olunan səviyyədə məhsul çıxarılması onun qiymətinin aşağı düşməsinə təsir göstərəcək”