Azərbaycan nefti yenidən BAHALANDI
Dünya bazarında Azərbaycanda hasil olunan "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti bu gün – 2 may tarixində 2,6% və ya 0,59 dollar bahalanaraq 23,51 dollar olub.
"AzerTaym.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, "Azeri Light" markalı neftinin qiyməti sonuncu dəfə 10 gün əvvəl – 22 aprel tarixində 15,8 dollara düşərək anti-rekorda “imza atıb”.
Bundan əvvəl isə "Azeri Light" markalı neftinin qiyməti bu ilin aprel ayının əvvəlində ən aşağı səviyyəyə düşüb. Aprel ayının 2-də "Azeri Light" (CIF) markalı neftin 1 barelinin qiyməti 16,5 dollar olub.
Onu da bildirək ki, "Azeri Light" (CIF) markalı neft ən yüksək qiymətə isə 2008-ci ilin iyul ayında satılıb. Həmin tarixdə 1 barel "Azeri Light" markalı neftin qiyməti 149,66 dollar olub.