Azərbaycan neftinin qiyməti 62 DOLLARI KEÇİB

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,73 dollar və yaxud 1,19% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 62,2 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 






Fikirlər