Nefin bu günə olan qiyməti
Nyu-York əmtəə birjasında cümə günü hərracların sonunda WTI (West Texas Intermediate) markalı neftin qiyməti 2,66 dollar və ya 6,25% bahalaşaraq, bir barelə görə 45,22 dollar təşkil edib.
AzNews.az Bloomberg-ə istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin bir barelinin qiyməti 2,49 dollar və ya 5,24% artaraq 50,05 dollara çatıb.