Azərbaycan neftinin qiyməti 71 DOLLARı keçib ...
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,91 ABŞ dolları, yaxud 1,30% artıb. "Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 71,08 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.