Əmək pensiyaları nə qədər artacaq?-Deputatdan açıqlama

Əmək pensiyaları haqqında” qanuna təklif edilən digər dəyişiklik cənab Prezidentin sərəncamı ilə 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın - 200 manat və ya məbləğin 10%-i miqdarında - 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilməsinə hüquqi bazanın yaradılmasına xidmət edir”.

Musavat.com xəbər verir ki, komitə sədri Musa Quliyev bunu parlamentdəki müzakirələrdə deyib. O qeyd edib ki, ötən il pensiyaçılara onların sosial müdafiəsini gücləndirmək məqsədi ilə ödənilən 200 manat məbləğində maddi yardımın pensiyaların tərkibinə daxil edilməsi və ümumi məbləğin gələn ilin 1 yanvar tarixindən indeksləşdirilməsi pensiyaların daha çox artımını təmin edəcək:

“Bu müddəa Qanunun 6-cı maddəsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Beləliklə, layihə bütövlükdə hal-hazırda pensiya alan bütün şəxsləri əhatə edəcək. Çünki, maddi yardım 2022-ci ildə həm ümumi əsaslarla həm xüsusi şərtlərlə təyin edilmiş şəxslərə ödənilib. Bu baxımdan həmin maddi yardımın pensiyaların tərkibinə daxil edilməsi bütün kateqoriyadan olan pensiyaçılarımızın sosial rifahını yaxşılaşdıracaq”.



M.Quliyev dedi ki, bu məsələnin mətbuatın və ictimaiyyətin diqqətini cəlb etdiyini nəzərə alaraq indeksasiya artımlarını əyani şəkildə 2 misal ilə izah etmək istəyir: “1.Nəzərə alsaq ki, bu il üçün orta aylıq pensiya 400 manat təşkil edir onda gələn il üçün pensiya artımı belə hesablanacaq: 400+200 manatlıq maddi yardımın 1 aya düşən məbləği – 16,6 manat * bu il üçün gözlənilən orta aylıq əmək haqqının 15%-lik artımı = 478,4 manat. Başqa sözlə bu il 400 manat alan əmək pensiyaçısının pensiyası gələn il 78,4 manat artacaq.

2. Xüsusi şərtlərlə pensiyanın orta aylıq məbləği bu il üçün 726 manat təşkil eləmişdir. Gələn ilə pensiya hesablanması belə olacaqdır: 723 + 10%-lik aylıq əlavə * 15% = 918,4 manat. Deməli bu il xüsusi şərtlərlə 726 manat alan pensiyaçı bu indeksasiyalar tətbiq olunandan sonra gələn il 918,4 manat alacaqdır. Başqa sözlə onun pensiyası 192,4 manat artacaq.
Hörmətli millət vəkilləri, müzakirənizə təqdim edilən qanun layihəsi cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib. Əmək və sosial siyasət komitəsində ətraflı müzakirə edilərək Parlamentin plenar iclasına tövsiyə olunub. Qanun layihəsinə 1-ci oxunuşun tələblərinə uyğun olaraq konseptual baxımından dəstək verməyinizi xahiş edirəm”.






Fikirlər