Sahibkarların vahid REYESTRİ YARADILACAQ...

Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində koordinasiya qrupu yaradılacaq.

  Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupu yaradılır.

Koordinasiya qrupunun tərkibi, habelə səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bundan başqa, layihəyə əsasən, səlahiyyətli qurum mikro, kiçik və orta sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradacaq.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib. /Bizim.Meida






Fikirlər