Dövlət büdcəsinin qalığı 25 % artıb ...
Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri isə 6 milyard 567 milyon manat təşkil edib.
"AzerTaym.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,3 % və 16,7 % çoxdur.
Son nəticədə büdcədə 1 milyard 723 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 24,8 % çoxdur.