Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı VAXT AÇIQLANDI

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınacağı vaxt açıqlandı

“Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınmasına 2018-ci ilin birinci yarısının sonunda başlanılacaq”.

AzerTaym-ın APA-ya istinadən məlumatına əsasən, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Gürcüstanın İctimai televiziyasına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir və turistlər üçün maraqlı olan şəhərləri əhatə edir: “Əminəm ki, bu yol həm sərnişinlər, həm də yüklərin daşınması üçün cəlbedici olacaq”.

A.Arslan qeyd edib ki, BTQ-nin bir çox üstünlükləri var və dəmir yolu nəqliyyat xərclərini və yüklərin daşınma müddətini azaldır.






Fikirlər