19.08.2014- Bakı-Tbilisi-Qars ilin sonuna hazır olacaq

19.08.2014- Bakı-Tbilisi-Qars ilin sonuna hazır olacaqBakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycana bağlı olan hissəsinin tikintisi bu ilin sonuna qədər başa çatmalıdır.
Bunu Prezident İlham Əliyev bu günlərdə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində deyib.

Dövlət başçısı bildirib ki, bununla da Gürcüstan ərazisində bu işlər tamamilə başa çatandan sonra biz öz payımıza düşən hissəni icra etmiş oluruq.

Yaxın aylarda Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsinin də istifadəyə veriləcəyini xatırladan Prezident İlham Əliyev bildirib ki, bundan sonra ikinci mərhələnin inşası başa çatdırılacaq. Birinci mərhələ istifadəyə verildikdən sonra Bakının mərkəzindəki liman köçürüləcək və orada ictimai zonalar, ictimaiyyət üçün parklar yaradılacaq, digər məsələlər öz həllini tapacaq.






Fikirlər