2018-ci İL ÜZRƏ dövlət büdcəsinə YENİDƏN BAXILACAQ (YENİLƏNDİ)
Azərbaycan Milli Məclisi 2018-ci il üzrə dövlət büdcəsinə yenidən baxacaq. Büdcə ilə bağlı sənədə Milli Məclisin iyun ayında nəzərdə tutulmuş növbədənkənar sessiyada baxılması nəzərdə tutur. Büdcə ilə bağlı sənəddə neftin qiymətinə yenidən baxılacaq. (apa) *** Milli Məclisin yaz sessiyası çərçivəsində növbədənkənar sessiyası çağırılacaq. Növbədənkənar sessiya bir qrup deputatın müraciəti əsasında keçiriləcək. Sessiyanın ilk iclasının tarixi də müəyyənləşib. İyunun 12-də keçiriləcək plenar iclasın gündəliyi gələn ayın əvvəlində müəyyənləşəcək. Qeyd edək ki, MM-in yaz sessiyasında son plenar iclası mayın 31-də keçiriləcək. (apa)