Bakıda orta məktəbdə SİLAH-sursat tapıldı

Paytaxtda orta məktəbdə silah-sursat aşkarlanıb.

Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, iyulun 12-də Xətai rayonundakı 261 saylı məktəbin direktoru məktəbin zirzəmisində təmir işləri aparılarkən silah və sursat tapılması barədə Xətai RPİ-nin 34-cü bölməsinə müraciət edib.

Hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən oradan 1 ədəd alışqansız “F-1” qumbarası, 1 ədəd alışqanlı “RQD-5” qumbarası, 481 ədəd patron, 270 qram barıt, 1 ədəd patron darağı və 1 ədəd “Viola-M” rabitə qurğusu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.






Fikirlər