1500 manatlıq QOYUN oğurlandı

“1500 manatlıq qoyun oğurlandı

Biləsuvarda qoyun oğurluğu baş verib.

Qafqazinfo” Region TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Süleyman Rəhimov küçəsində Sərvər Sucayevə məxsus fərdi təsərrüfatda olub.

Zərərçəkənin sözlərinə görə naməlum şəxs və ya şəxslər qapı bağlı olduğu üçün hasarın üzərindən həyətə daxil olublar. Tövləyə gedən yeganə qapı arxadan açıldıqdan sonra oradan 9 baş qoyun oğurlanıb.

Təsərrüfat sahibi isə hadisədən səhər saatlarında xəbər tutduğunu və ona 1500 manata yaxın maddi ziyan dəydiyini deyir: “Qapılar açılıb. Onu qoyun itələyib aça bilməz. Seçmə qoyunlar, ana qoyunlar yoxdur”

Artıq oğurluq faktı ilə bağlı polisə məlumat verilib. Cinayəti törədənlərin tapılaraq məsuliyyətə cəlb olunması istiqamətində araşdırmalar davam etdirilir.






Fikirlər