“FETÖ”-yə qarşı ŞOK ƏMƏLİYYAT – 60 general həbs olunacaq

İstanbul Şəhər Prokurorluğu “FETÖ” terror təşkilatına qarşı yeni araşdırma başladıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma nəticəsində 85 nəfər barəsində həbs qərarı çıxarılıb.

Həbs qərarı verilən şəxslərin həbs edilməsi üçün bu gün səhər əməliyyat keçirilib.

Barələrində həbs qərarı çıxarılan şəxslərdən 60 nəfəri polkovnik və general rütbəli keçmiş hərbiçilərdir. Sözügedən şəxslər “FETÖ” ilə yaxın iş birliyi qurmaqda təqsirli bilinirlər.

 






Fikirlər